Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"YENİ AZƏRBAYCAN" REFERENDUM ÜZRƏ TƏŞVİQAT QRUPUNUN XOCALI RAYON ŞÖBƏSİ SEÇİCİLƏRLƏ GÖRÜŞ KEÇİRDİ

0



  •              17.09.2016-cı il tarixdə Xocalı rayon Mədəniyyət evində "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Xocalı rayon şöbəsi təbliğat - təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirdi.
                Görüşdə YAP Xocalı rayon Təşkilatının sədri Vahid Əliyev, təşkilatın sədr müavini Ceyhun İbişov, təşkilatın şura üzvü Aqil Məmmədov, YAP Xocalı rayon Təşkilatı Gənclər Birliyinin sədri Aynurə Abışova və bir qrup seçicilər iştirak etdilər.
                Tədbiri giriş sözü ilə açan YAP Xocalı rayon Təşkilatının sədri Vahid Əliyev Azərbaycan Respublikasında 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi - referendum ilə bağlı ətraflı məlumat verdi. O, çıxışında bildirdi ki, 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində rayon üzrə seçicilərin mütəşəkkil şəkildə iştirakını təmin etmək üçün bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir.  Referendum seçkilərində seçicilər dövlətə və Prezidentimizin sərəncamlarına sadiqlik nümayiş etdirməli, demokratik islahatların aparılması üçün öz səsləri ilə münasibətlərini bildirməlidirlər . Dünya ölkələrində dəyişikliklər gedir. Beynəlxalq təşkilatlara üzv olan, gündən-günə sürətlə inkişaf edən ölkəmizin Konstitusiyasına əlavələr və dəyşişikliklər etmək zərurəti yaranmışdır. Azərbaycanın Respublikasının idarəetmə sistemi, qanunları dünya standartlarına uyğun olmalıdır. Ümumxalq səsverməsinə çıxarılan hissələr vətəndaşların hüquq və azdlıqlarının daha da möhkəmlənməsinə, xalqın həyat şəraitinin yaxşılaşdırılmasına hesablanmış məsələlərdir. Konstitusiyaya təklif edilən əlavələr və dəyişikliklər ölkəmizin demokratik inkişafına daha geniş şəraitin yaranmasına xidmət edəcəkdir.
                Xocalı rayon seçiciləri bütün seçkilərdə fəal iştirak etmişdir. İnanıram ki, referendum seçkilərində Xocalı seçiciləri təklif edilən hissələrə "hə" deyəcəkdir və ölkə başçısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə sadiqliyini göstərməklə onun ətrafında sıx birləşdiyimizi bir daha nümayiş etdirəcəkdir.
                Daha sonra söz təşkilatın sədr müavini Ceyhun İbişova verildi. Ceyhun İbişov "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə uyğun olaraq Azərbaycan Respublikasının ümumxalq səsverməsinə çıxarılan hissələrinin müqayisəli təqdimatı kitabçasındakı mövcud variantlarla təklif edilən variantların müqayisəsini, yeni maddələri tədbir iştirakçıları qarşısında izahlı şəkildə məruzə etdi. Seçicilərin fikirlərini öyrənmək üçün onlara müraciət olundu.
                Tədbirin sonunda Vahid Əliyev Xocalı seçicilərinə cansağlığı, uğurlar arzuladı və referendum seçkilərində fəal iştirak etmələrini xahiş etdi.












    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib16 dəfə
    "YENİ AZƏRBAYCAN" REFERENDUM ÜZRƏ TƏŞVİQAT QRUPUNUN XOCALI RAYON ŞÖBƏSİ SEÇİCİLƏRLƏ GÖRÜŞ KEÇİRDİ

    Maraqlı gələ bilər
    30
    28
    38
    120